UEFA 2022/23 mövsümündə avrokubokların mükafat fondunun bölüşdürülməsi sxemini təqdim edib.
Mynews.az xəbər verir, Avropanın futbol qurumu ümumilikdə 3,5 milyard avro ayırıb. Bunun 465 milyon avrosunu Avropa Liqasında çıxış edənlər, 235 milyonunu isə Konfrans Liqasının iştirakçıları alacaq. Mükafatın böyük hissəsi Çempionlar Liqasının payına düşəcək – 2 milyard 32 milyon avro.
ÇL-də pley-offa qədər irəliləyən klubların hər biri 5 milyon qazanacaq. Qrupa yüksələnlərin gəliri isə 15,64 milyon avro olacaq.
Qrupdakı hər qələbə 2,8 milyon, heç-heçə isə 930 min avro gətirəcək. ÇL-in 1/8 finalına çıxmaq klublara 9,6 milyon, 1/4 finala 10,6 milyon, yarımfinala 12,5 milyon, finala yüksəlmək isə 15,5 milyon qazandıracaq. Çempionlar Liqasının qalibi əlavə 4,5 milyon əldə edəcək.
UEFA superkuboku uğrunda matçın iştirakçıları da hərəyə 3,5 milyon, qalib isə əlavə 1 milyon avro qazanacaq.
Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ” playoff mərhələsində "Viktoriya"nı üstələsə 15,64 milyon avro (25 milyon manat) olacaq. Qurban Qurbanovun yetirmələri bu mərhələyə qədər UEFA-dan 5 milyon avro qazanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub