Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün əlavə biletlər satışa çıxarılıb.
Mynews.az "köhlən atlar"ın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, buna qonaq komandanın azarkeşlərinin matça gəlməməsi səbəb olub.
Klublar arasında əldə olunmuş razılığa əsasən, 28-ci sektorun biletləri də satışa çıxarılıb. Biletlər Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, Iticket.az-ın satış məntəqələrində (iticket.az-da onlayn satış), Park Bulvardakı "Qarabağ” FK-nın Fan-Şopunda, eləcə də "28 mall" və "Gənclik mall" ticarət mərkəzlərində satılır.
Xatırladaq ki, 30, 31, 37 və 38-ci sektorlara biletləri yalnız kassalardan əldə etmək mümkündür. Kassalar saat 17:00-adək fəaliyyət göstərəcək.
Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Olimpiakos" görüşü saat 20:45-də başlayacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub