"Azərbaycana qələbə üçün gedirik, qalib gəlməliyik”.
Bunu Estoniya yığmasının futbolçusu Karl Yakob Heyn AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
İngiltərənin "Arsenal” klubunun 21 yaşlı qapıçısı iyunun 17-də Bakıda baş tutacaq qarşılaşmaya hazır olduqlarını söyləyib: "Milli komandanın oyunları həmişə böyük önəm kəsb edir. Ölkəni təmsil etmək hər zaman gözəl hissdir. Qarşıdakı oyunlar əvvəlkilər kimi çətin olacaq. Lakin komanda buna hazırdır və hər iki görüşdən xallar almaq istəyirik”.
Qeyd edək ki, iyunun 17-də "Dalğa Arena”da Azərbaycan millisinin qonağı olacaq Estoniya yığması bundan üç gün sonra Belçikanı qəbul edəcək.
///Report
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub