Medalımı Azərbaycan xalqına həsr edirəm.
Mynews.az report-a istinadən xəbər verir ki, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Lamiyə Vəliyeva deyib.
100 metr məsafəyə qaçışda fəxri kürsünün birinci pilləsinə qalxan paraatlet dünya rekordunu da yenilədiyi üçün çox sevindiyini bildirib:
"Məşqlərim bu yarışdan əvvəl bir az yaxşı davam etmirdi. Elə bilirdim ki, əvvəlki kimi deyiləm. Amma bu gün bir daha şahid oldum ki, Allah heç bir əziyyəti yerdə qoymur. Bu qızıl medal mənim və bütün komandamızın əziyyətinin bəhrəsidir. İdmana və paralimpiyaya göstərdikləri diqqətə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm".
L.Vəliyeva sentyabrın 5-də T13 kateqoriyası üzrə 400 metr məsafəyə qaçışda da qüvvəsini sınayacaq.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub