UEFA Çempionlar Liqasında bu gün 6-cı tura start veriləcək.
Mynews.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.
Gecənin mərkəzi matçında son vaxtlar işləri yaxşı getməyən və 24-cü sırada qərarlaşan “Real” ümumilikdə 9 oyunluq qələbə seriyasına malik “Atalanta”nın qonağı olacaq.
Maraqla gözlənilən başqa bir görüş Almaniyada baş tutacaq. Yüksək pillələrdə qərarlaşan “Bayer” və “İnter” "BayArena"da münasibətlərinə aydınlıq gətirəcəklər.
ÇL-də maksimum nəticə ilə irəliləyən “Liverpul” İspaniya səfərinə yollanacaq. “Qırmızılar” “Jirona” ilə qarşılaşmada zirvədəki yerini möhkəmlətməyə çalışacaqlar.
Qeyd edək ki, turun digər 9 oyunu dekabrın 11-də keçiriləcək.
UEFA Çempionlar Liqası: 6-cı tur
10 dekabr
21:45. Dinamo (Zaqreb) - Seltik
21:45 Jirona - Liverpul
00:00 Leyptsiq - Aston Villa
00:00 Bayer Leverkuzen - İnter
00:00 Atalanta - Real
00:00 Brügge - Sportinq
00:00 Şaxtyor (Donetsk) - Bayern
00:00 Zalsburq - PSJ
00:00 Brest- PSV

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub