Azərbaycan Üzgüçülük Federasiyasının idmançısı beynəlxalq turnirdə 7 medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, 2010-cu il təvəllüdlü üzgüçümüz Yeqor Maynitskiy 14-16 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçirilən beynəlxalq yarışda 50 metr məsafədə brass üsulunda bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanib.
İdmançımız brass üsulunda 100 və 200 metr məsafələrdə də birinci olub. Bundan başqa Y. Maynitskiy 200 metr məsəfəni qarışıq üsulda da hamıdan birinci finişə çatıb. Digər məsafə və üzmə üsullarında da gücünü sınayan üzgüçümüz 400 metr məsafəni qarışıq üsulda və 50 metri sərbəst üsulda 2-ci üzüb. 50 metr məsafəni kəpənək üsulda üzən idmançımız 3-cü olub.
Beləliklə Y. Maynitskiy ümumilikdə 4 qızıl, 2 gümüz və 1 bürünc medal qazanıb və öz yaşıdları arasında yarışın ən yaxşı idmançısı fəxri adına layiq görülüb.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub