Türkiyənin Super Liqa təmsilçisi "Bodrumspor" komandaya yenicə rəhbər gətirdiyi baş məşqçi Volkan Demirellə müqaviləni sonlandırıb.
Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubun verdiyi məlumata görə, Demirel ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. Əldə edilən pis nəticələr rəhbərliyi bu addımı atmağa məcbur edib.
Qeyd edək ki, ötən mövsüm TFF 1. Liqadan tarixində ilk dəfə Super Liqaya yüksələn Muğla təmsilçisi "Bodrum FK" İsmet Taşdemir ilə müqaviləni ləğv edib yerinə Volkan Demirel ilə anlaşmışdı.
Keçmiş qapıçının rəhbərliyi ilə komanda cəmi 2 qələbə qazana bilib. 1 noyabrda vəzifəsinin icrasına başlayan Volkan Demirel klubu 13 matça çıxarıb və 0.77 xal ortalaması ilə oynayıb. Sözügedən oyunlarda 2 qələbə, 4 heç-heçə, 7 məğlubiyyət qeydə alınıb./milli.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub