“Turan Tovuz”un futbolçusu Nahid Əliyev Bakıda yerləşən hotellərin birində qızla tanış olmağa çalışarkən qalmaqala səbəb olub.
Mynews.az “Sportinfo”ya istinadən xəbər verir ki, gənc oyunçu komandanın yerləşdiyi məkanda qarşısına çıxan qızla tanış olmaq istəyib.
Xarici ölkə vətəndaşı olan xanım isə onun təklifini qəbul etməyib. Futbolçunun ondan əl çəkmədiyini görən əcnəbi xanım hotelin təhlükəsizlik xidmətinə şikayətlənib.
Onlar da öz növbəsində bu barədə klub funksionerlərini məlumatlandırıblar. Hadisə yerinə gələn rəsmilər qızı sakitləşdiriblər.
Eyni zamanda klubun baş məşqçisi Kurban Berdiyev Nahid Əliyevi düşərgədən uzaqlaşdırıb.
Rusiyalı çalışdırıcı 2005-ci il təvəllüdlü gənci yalnız əsas komandadan kənarlaşdırmayıb. O, əvəzedici heyətin qapılarını da yarımmüdafiəçinin üzünə bağlayıb.
Qeyd edək ki, bu hadisə bir neçə ay öncə baş versə də, mediada indi gündəmə gəlib.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub