İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Mikel Arteta yay "transfer pəncərəsi"ndə heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır.
Mynews.az xəbər verir ki, "topçular" mövsümü titulsuz başa vura bilər. Komanda artıq İngiltərə Liqa Kuboku və FA Kubokundan kənarlaşdırılıb, Premyer Liqada isə lider "Liverpul"la xal fərqi artır. Bu səbəbdən Arteta heyəti gücləndirmək üçün bəzi futbolçularla yolları ayırmağı nəzərdə tutur.
İngiltərə mətbuatında yayılan məlumatlara görə, "Arsenal" yayda yeddi futbolçunu komandadan göndərməyi planlaşdırır. Siyahıya əsas heyətdə sabit yer tapa bilməyən Tomas Parti, Jorjinyo, Kiran Tirni, Oleksandr Zinçenko və Yakub Kivior daxildir. Həmçinin, icarədə olan futbolçuların – Rahim Sterlinq və Norberto Netonun da klubdan ayrılacağı bildirilir.
Klub yeni transferlər üçün büdcə yaratmaq və maaş yükünü azaltmaq məqsədilə bu dəyişiklikləri həyata keçirməyə çalışır.
Qeyd edək ki, "Arsenal" yay "transfer pəncərəsi"ndə ən azı dörd yüksək səviyyəli oyunçu transfer etməyi planlaşdırır.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub