Yanvarın 26-da Bakıda bədii gimnastika üzrə beynəlxalq hakimlik kursları başlayıb. Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təşkil olunan kurslar yanvarın 30-dək davam edəcək.
Mynews.az-ın verdiyi məlumata görə, kursların açılışında FIG-in nümayəndəsi Yunis Lebre iştirakçılara təşkilat komitəsinin üzvlərini təqdim edib. Yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirən Y.Lebre hakimlərə uğurlar arzulayıb.
AGF-in baş katibi Fərid Qayıbov ötən həftə Bakıda Beynəlxalq Gimnastika Federasiyasının qitələrarası hakimlik kursunun keçirildiyini xatırladıb. Bədii gimnastika üzrə beynəlxalq hakimlik kurslarının Azərbaycanda ilk dəfə təşkil edildiyini vurğulayan F.Qayıbov iştirakçılara uğurlar arzulayıb. O, kursların uğurla keçəcəyinə ümidvar olduğunu bildirib.
Kurslarda 17 ölkənin milli federasiyasından 58 hakim iştirak edir. Tədbirdə Azərbaycanı 20 hakim təmsil edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub