Türkiyə Superliqasının 25-ci turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" matçının baş hakimi əcnəbi olacaq.
Mynews.az xəbər verir ki, bu barədə ölkənin "Sabah" nəşri məlumat yayıb. Bildirilir ki, Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsi derbi üçün xarici hakim təyinatına müsbət yanaşır. Qərarın yaxın günlərdə rəsmi şəkildə açıqlanacağı gözlənilir.
Məlumata görə, Superliqanın son illərdəki ən önəmli oyunlarından biri hesab edilən İstanbul derbisində obyektiv idarəçiliyin təmin olunması üçün bu addım atılır.
Qeyd edək ki, mövsümün ən kritik oyunlarından biri olan "Qalatasaray" - "Fənərbağça" derbisi fevralın 24-də Bakı vaxtilə saat 21:00-da start götürəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub