Dünən "Qalatasaray" klubunun illik hesabat yığıncağı keçirilib. Mynews.az Türkiyə mediasına istinadən xəbər verir ki, gündəlikdəki məsələlərdən biri də FETÖ-y üzvlükdə ittiham edilən tanınmış şəxslərin kluba üzvlükdən xaric edilməsi olub. Səsvermədən əvvəl "Doğan" xəbəar agentliyinin müxbiri, "Qalatasaray" klubunun üzvü Kadir Çetinçalı kürsüyə çıxaraq çıxış edib. O, Hakan Şükür, Arif Ərdəm kimi məşhur futbolçuların FETÖ üzvlüyünə görə klubdan çıxarılmasına qarşı çıxıb və "Hakimiyyətdə olanların 15 il ərzində səhv etmək haqqı varsa, niyə bizim turinli Şabanımızın (Hakan Şükür) bir səhv etmək şansı olmasın ki?" deyərək, zala xitab edib. Zaldakılar bu çıxışı alqışla qarşılayıblar və daha sonra keçirilmiş səsvermə ilə çoxluq Hakan Şükürlə Arif Ərdəmin klubdan xaric edilməsinə qarşı səs verib.
Qeyd edək ki, səsvermədə İsmayıl Dəmiriz (keşmiş futbolçu), Zəkəriyyə Öz (keçmiş prokuror) və Hüseyn Avni Mutlu (İstanbulun keçmiş valisi) klubdan xaric edilib. Hazırda ABŞ-da yaşayan Hakan Şükür isə dərhal tvitterdən klubun qərarına reaksiya bildirib və çox duyğulandığını deyib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub