MLS İntizam Komitəsi Lionel Messi və Luis Suareslə bağlı insidentlərə görə öz araşdırmasını aparıb.
Mynews.az xarici KİV-ə istinadla bildirir ki, yeni MLS çempionatının “Nyu-York”la ilk tur oyununda "İnter Mayami"nin hücumçuları müəyyən epizodlarda düzgün davranmayıblar və oyunun digər iştirakçılarına qarşı qadağan olunmuş hərəkətlərə yol veriblər.
Final fitindən sonra sarı vərəqə aldığı hakimlə mübahisə etməyə başlayan Messi daha sonra rəqib komandanın köməkçi məşqçisi ilə mübahisə edərək, “onun boynundan tutmağa” çalışıb. Suares də öz növbəsində qarşılaşma zamanı rəqib oyunçuya qarşı oxşar fənd edib.
"MLS İntizam Komitəsi "İnter Mayami"nin hücumçuları Lionel Messi və Luis Suaresi əllərin üz-baş-boynunda olan rəqiblərlə təmasda olma qaydalarını pozduqlarına görə açıqlanmayan məbləğdə cərimələyib", - komitənin açıqlamasında deyilir.
Xatırladaq ki, fevralın 26-na keçən gecə KONKAKAF Çempionlar Liqası oyununda həm Messi, həm də Suares qol vurub.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub