"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanıb.
Mynews.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1/4 final mərhələsinin cavab oyununda "Səbail"lə üz-üzə gəlib.
Ağdam təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib.
13-cü dəqiqədə "köhlən atlar"ın heyətində Musa Qurbanlı hesabı açıb. İki dəqiqə sonra Rüfət Abdullazadə tarazlığı bərpa edib. 43-cü dəqiqədə "dənizçilər"də Emin Rüstəmov avtoqol müəllifi olub. 55-ci dəqiqədə Nəriman Axundzadə üçüncü topu paytaxt klubunun qapısından keçirib.
Ölkə çempionu ilk matçda da rəqibinə qalib gəlmişdi - 1:0.
"Qarabağ" yarımfinalda "Zirə" - "Araz-Naxçıvan" (ilk oyun - 0:1) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu gün saat 19:30-da "Sumqayıt" - "Sabah" qarşılaşması start götürəcək.
Qeyd edək ki, 1/4 final mərhələsinə sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.
1
Laçında kanat yolunun istifadəyə veriləcəyi tarix açıqlandı
1041 dəfə oxunub
2
Tramp İrana təşəkkür etdi
1036 dəfə oxunub
3
Tanınmış həkim qəfil vəfat etdi
1005 dəfə oxunub
4
“Qalatasaray”ın ulduzu həbs edildi
971 dəfə oxunub
5
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
954 dəfə oxunub