“Fight Nights Media League” klubunun yarımmüdafiəçisi Abdulla Abatsiev “Dələduzluq” maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Mynews.az xəbər verir ki, bu barədə klubun idman direktoru Dmitri Şişkov məlumat verib.
Şişkovun sözlərinə görə, klub rəhbərliyi Abatsievlə müqaviləni 2024-cü ilin sonunda uzatmaq qərarına gəlib və qarşıdan gələn Media Liqası mövsümündə ona ümid bəsləyirdi.
“Abanın futbolu bitib. O, qanunu pozdu və 10 ildən çox həbs cəzası ala bilər.
Xüsusilə təəssüf ki, onu itirdik. Cinayətin qətl olmasa da, maliyyə ilə bağlıdır”, - Şişkov bildirib.
Qeyd edək ki, Abatsiev Bakının "İnter" klubunda və Azərbaycan millisinin heyətində oynayıb, 2014-cü ildə ABŞ komandası ilə yoldaşlıq görüşündə çıxış edib. O, bir neçə il əvvəl Azərbaycan vətəndaşlığından imtina edib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub