Yeniyetmələrdən ibarət cüdo üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışındadır.
Mynews.az-ın verdiyi xəbərə görə, ölkəmizin ən güclü yeniyetmə cüdoçuları baş məşqçi Elçin İsmayılovun rəhbərliyi altında qarşıdakı beynəlxalq yarışlara hazırlaşırlar.
Komandamız 2017-ci ildə Litvada Avropa çempionatı, Çilidə dünya birinciliyi, Macarıstanda isə yeniyetmələrin Olimpiya festivalında iştirak edəcək.
Artıq yeniyetmə idmançılarımız, məşqçi heyəti cüdonun yeni qaydaları ilə bağlı məlumatlandırılıblar. Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Fariz Hüseynov yanvarın əvvəlində Bakıda keçirilən seminarda müzakirə edilən qərarları, yeni hakimlik və yarış qaydalarını milli komandamızın üzvlərinin diqqətinə çatdırıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub