Azərbaycan triatlon komandasının üzvü Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində təşkil olunan Avropa kuboku yarışlarında qızıl medal qazanıb.
Mynews.az “azərtac”-a istinadən xəbərinə görə, təmsilçimiz 72 idmançının mübarizə apardığı kişilər arasında keçirilən triatlon yarışında 1 saat 50 dəqiqə 42 saniyə nəticə göstərərək Avropa kubokunun qalibi olub. R.Pevtsov ən yaxın izləyicisi isveçrəli Adrien Briffodu 17 saniyə qabaqlayıb. Turnirdə üçüncü yeri 1 saat 51 dəqiqə 39 saniyə nəticə ilə ispaniyalı idmançı Uxio Abuin Ares tutub.
Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 2 saat 10 dəqiqə 27 saniyəlik nəticə ilə 17-ci olub.
Azərbaycan komandası yarışda baş məşqçi Sergey Yatsenkonun rəhbərliyi ilə təmsil olunub.
Qeyd edək ki, Avropa kubokundan sonra milli komandamız Las-Palmasda təlim-məşq toplanışlarında olacaq.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub