Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov ölkə futbolu tarixinə düşüb.
Mynews.az Report-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu dördqat dünya çempionlarına və Avropanın ən titullu yığmaları İtaliya və Almaniyaya qol vuran ilk azərbaycanlı futbolçu olub.
Almaniyanın “Aue” klubunun futbolçusu ilk dəfə 2016-cı il oktyabrın 10-da Bakıda “Avro-2016”-nın seçmə qrup oyunu zamanı İtaliyanın qapısına yol tapıb. Martın 26-da isə Tofiq Bəhramov adına Respublika stadionunda “DÇ-2018”-in seçmə mərhələsi çərçivəsində Almaniyanı məyus edib. Nazarov hər iki görüşdə komandasının bərabərlik qolunun müəllifi olsa da, yekunda Azərbaycan yığması müvafiq olaraq, 1:2 və 1:4 hesabı ilə uduzub.
Qeyd edək ki, hazırda Nazarovun aktivində 6 qol var. Onlardan 4-ü rəsmi matçlarda vurulub. O, ötən il Bakıda Bolqarıstan və Maltanı məyus edib. Digər 2 qol isə yoldaşlıq görüşlərinə təsadüf edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub