İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında Azərbaycan idmançısı parlaq nəticə göstərib.
Mynews.az Azərbaycan Kunq-Fu Federasiyasına istinadla xəbər verir ki, yarışın ilk günündə milli komandamızın üzvü, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva "light sanda" kateqoriyasında final mərhələsinə yüksəlib.
Onun döyüşü tamaşaçılar tərəfindən xüsusi maraqla izlənilib.
Turnirin rəsmi açılışında çıxış edən Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov ölkəmizdə idmana göstərilən dövlət qayğısına diqqət çəkib. O, Prezident İlham Əliyevin idmana verdiyi dəyər və dəstəyin Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğur qazanmalarında mühüm rol oynadığını bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub