UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununun hakimləri müəyyənləşib.
Mynews.az xəbər verir ki, Macarıstanda baş tutacaq ilk matçı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmada baş hakim Juan Pedru da Silva Pineyru olacaq. Ona bu işdə Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Klaudiu Filipe Ruivo Pereyra yerinə yetirəcək.
Tyaqu Brunu Lopes Martinş VAR hakimi, Fabiu Oliveyra Melu isə VAR hakiminin köməkçisi kimi iş başında olacaqlar.
Qeyd edək ki, "Ferentsvaroş" -"Qarabağ" oyunu avqustun 19-da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub