İspaniya La Liqasında "Atletiko Madrid"in "Real Madrid"i 5:2 hesabı ilə məğlub etdiyi oyunla bağlı müzakirələr davam edir.
Mynews.az xəbər verir ki, Arda Gülerin cərimə meydançasında rəqibə zərbə endirməsi "Real Madrid"in qapısına penalti təyin edilməsinə səbəb olub. "Atletiko Madrid" penaltidən fərqlənib. Keçmiş hakim penalti epizodunu dəyərləndirib. Matheu Lahoz, "Məncə, bu, penalti olmamalı idi. Təhlükəli oyun cərimə meydançası daxilində olduğu üçün qayda pozuntusu kimi şərh etmək istəyirsinizsə, cərimə olur, penalti olmur” - deyə bildirib. “Marca” qəzetinin hakim analitiki Perez Burrull, "Bu, diqqətsiz hərəkət və təmas səbəbilə verilən penaltidir. O, ayağını qaldırıb Nikonu vurur, lakin bu, qırmızı vərəqə deyil” - deyə bildirib.
Qeyd edək ki, Arda Güler oyunda 1 qol, 1 ötürmə ilə yadda qalıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub