“Qalatasaray”ın kapitanı Mauro İkardi İstanbul klubu ilə yollarını ayıra bilər.
Mynews.az xəbər verir ki, bu açıqlama ilə argentinalı ulduzun meneceri Elio Pino çıxış edib. O, şərəfini qoruduğu Türkiyə klubunun qolçu futbolçuya münasibətdə həssas davranmamasından şikayətlənib.
Elio Pino deyib ki, İkardi “Qalatasaray”ı zirvədən-zirvəyə daşıyıb, amma onun gələcəyilə bağlı qeyri-müəyyənlik hələ də davam edir: “İkardi zədəli ola-ola dəfələrlə meydana çıxıb. Onun “Qalatasaray”ın üstündə haqqı var. Klub belə bir futbolçuya laqeyd münasibət göstərməməlidir. İkardiyə “Qalatasaray”da qalıb-qalmayacağına dair dəqiq söz deyilməlidir”.
Menecer dekabr ayına kimi gözləyəcəklərini bildirib. Deyib ki, o vaxtadək İkardinin müqaviləsi uzadılmasa, argentinalı ulduz başqa klublardan gələn təklifləri dəyərləndirəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub