Braziliyanın "San-Paulu" klubunun 34 yaşlı ulduzu Oskar stres testi zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilib.
Mynews.az xəbər verir ki, bu barədə "Türkiyə" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, karyerasını Braziliyada davam etdirən Oskarın ürək ritmində klubda keçirilən test zamanı qəfil dəyişiklik qeydə alınıb. Futbolçuya tibbi heyət tərəfindən ilkin yardım göstərildikdən sonra xəstəxanaya köçürülüb.
Klub yaydığı açıqlamada Oskarda ürək ritminin nizamsız olduğu və xəstəxanada müşahidə altında qaldığını bildirib.
Xatırladaq ki, 2012-2017-ci illərdə "Çelsi"nin heyətində çıxış edən Oskar 2017-ci ildən 2025-ci ilə qədər Çin Superliqasında oynayıb./oxu
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub