Xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfər çərçivəsində Neapolda UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda "Napoli” - "Qarabağ” (2:0) qarşılaşmasını izləyib.
Mynews.az xəbər verir ki, bu barədə XİN rəhbəri "X”də paylaşım edib.
"İtaliyaya rəsmi səfərim çərçivəsində "Qarabağ” və "Napoli” arasında keçirilən UEFA Çempionlar Liqası matçını izləməkdən məmnunam”, - nazir bildirib.
O əlavə edib ki, bu, "Qarabağ”ı dəstəkləmək üçün mənalı bir fürsət idi, çünki onlar Azərbaycanı Avropa səhnəsində qürurla təmsil edirlər:
"Matçdan sonra "Qarabağ”ın prezidenti Tahir Gözəllə birlikdə oyunçularımızı salamladıq və Avropanın ən güclü klublarından biri olan "Napoli”yə qarşı əzmkar oyunlarına görə minnətdarlığımızı bildirdik. Onlara qarşıdakı oyunlarda uğurlar arzuladım”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub