Türkiyənin “Qalatasaray” klubu ötən gecə Çempionlar Liqasının VI turunda rəqib meydanda “Monako”ya məğlub olmaqla ağır zərbə aldı. Bundan sonra İstanbul təmsilçisinin “divlər liqası”nda mübarizəni davam etdirməsi möcüzə sayılacaq.
Mynews.az xəbər verir ki, sarı-qırmızılıları həm də Uğurcan Çakırın zədələnməsi məyus edib. Fransada kritik qurtarışları ilə tərəfdarların alqışını qazanan təcrübəli qapıçının matçın 59-cu dəqiqəsində zədələnərək meydanı tərk etməsi Türkiyə təmsilçisi üçün ciddi itki sayılır.
Çakırın sağlamlıq durumu ilə bağlı yekun qərar İstanbulda keçiriləcək müayinələrdən sonra veriləcək. Ulduz qapıçının bir müddət yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.
Qeyd edək ki, Uğurcan Çakır “Monako” ilə qarşılaşmanın 47-ci dəqiqəsində qapısını rəqibin 11 metrlik cərimə zərbəsindən qoruya bilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub