Türkiyənin “Qalatasaray” klubu qış transfer dövründə heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Yerli medianın yazdığına görə, İstanbul klubu dünya şöhrətli bir qolçuyla anlaşmağa çalışır.
Mynews.az xəbər verir ki, Türkiyə KİV-ləri sarı-qırmızılı formanı geyinməyə namizəd olan ulduz futbolçunun kimliyini açıqlayıb. Söhbətin “Milan”ın 26 yaşlı hücumçusu Santyaqo Ximenesdən getdiyi məlum olub. Türkiyə təmsilçisinin 1.83 boyundakı meksikalı hücumçu üçün 30 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Sarı-qırmızılıların Santyaqo Ximeneslə anlaşacağı təqdirdə argentinalı ulduz Mauro İkardini yola salacağı iddia olunur.
Xarici mətbuat yazır ki, “Qalatasaray”la yanaşı, başda Almaniyanın “Ayntraxt” klubu olmaqla Avropanın bir neçə məşhur komandası da Ximenesin xidmətində maraqlıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub