Narkotiklərlə bağlı aparılan araşdırma çərçivəsində şübhəli şəxs qismində istintaqa cəlb edilən “Fənərbaxça” futbol klubunun prezidenti Sadettin Saranı əvəzləyəcək şəxsin kimliyi bəlli olub.
Mynews.az xəbər verir ki, bu barədə klubun İdarə Heyətinin iclasında qərar qəbul edilib. Məhkəmə şübhəli şəxs qismində saxlanılan Saranla bağlı həbs qərarı verəcəyi təqdirdə, növbəti konqresə kimi onun vəzifəsini yardımçısı Murat Salar icra edəcək.
Qeyd edək ki, “Fənərbaxça” klubunun prezidenti Sadettin Saranın narkotik testi müsbət çıxdığı üçün o, ötən gün şübhəli şəxs qismində saxlanılıb.
Saranın bu gün məhkəmə qarşısına çıxarılması gözlənilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub