“Fənərbaxça” “Mançester Siti”nin futbolçusu Ömər Marmouşanı transfer etmək istəyir.
Mynews.az xəbər verir ki, Türkiyə nəhəngi futbolçu üçün təklif irəli sürüb. “Bavariya”, “Tottenham” və “Aston Villa” kimi nəhəng klubların da xidmətində maraqlı olduğu misirli ulduz üçün təklif irəli sürən tək komandanın “Fənərbaxça” olduğu bildirilib. “Fənərbaxça”nın Marmouş üçün 30 milyon avro irəli sürdüyü iddia edilib. "Mançester Siti"nin Semenyonun transferindən sonra Marmouşla yollarını ayırmaq istədiyi bildirilir və ulduz oyunçunun daha çox oyun vaxtı qazanacağı komandaya keçməyə razı olduğu deyilir. Futbolçunun prioritetinin Premyer Liqada qalmaq olduğu və orada təklif almadığı təqdirdə digər namizədləri nəzərdən keçirəcəyi vurğulanıb.
Qeyd edək ki, “Mançester Siti” ötən mövsüm “Frankfurt” klubundan transfer etdiyi Ömər Marmouş üçün 75 milyon avro ödəyib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub