İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Arne Slot "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun davranışını təkrar edə bilməyəcəyini vurğulayıb.
Mynews.az xəbər verir ki, mütəxəssis bunu evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşərkən söyləyib.
"Çempionlar Liqasının Liqa mərhələsini ilk "dördlük"də bitirməyi planlaşdırırıq. "Qarabağ"a qarşı yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik. Lakin heyətdə zədəli futbolçularımız var. "Bornmut"a qarşı matçda əsas heyətin 11 futbolçusuna şans verməyə bilməzdim. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim" - deyə o, bildirib.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub