“Qalatasaray” “Bavariya”nın futbolçusu Saşa Boeyi transfer edib.
Mynews.az xəbər verir ki, bu barədə “Qalatasaray” klubundan açıqlama verilib. Açıqlamada, futbolçunun icarə əsasında transfer edildiyi bildirilib. Klublar arasındakı razılaşmaya görə, “Qalatasaray” futbolçunun icarəsi üçün “Bavariya”ya 500 min avro ödəyəcək. Məlumata görə, Türkiyə nəhəngi futbolçuya 1 milyon 750 min avro məvacib ödəyəcək. Müqavilənin mövsümün sonuna qədər nəzərdə tutulduğu bildirilir. Müqavilədə məcburi olmayan satınalma şərti də nəzərdə tutulub.
Qeyd edək ki, Saşa Boey 2024-cü ildə 30 milyon avroya “Qalatasaray”dan “Bavariya”ya transfer olmuşdu.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub