UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ”la "Nyukasl” arasında keçiriləcək ilk matçının təyinatları açıqlanıb.
Mynews.az xəbər verir ki, oyunu Norveçdən olan ədalət təmsilçiləri idarə edəcəklər.
Matçın baş hakimi Espen Eskas olacaq. Ona yan xətt hakimləri Yan Erik Enqan və Elias Başevkin köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.
Görüşdə VAR-da niderlandlı Rob Diyperink əyləşəcək. AVAR-da isə onun həmyerlisi Dennis Hiqler olacaq.
Qeyd edək ki, "Qarabağ” – "Nyukasl” qarşılaşması fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və ssat 21:45-də start götürəcək.
1
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
334 dəfə oxunub
2
"Azərbaycanın gələcəyi elmdə və dünyəvi düşüncədədir"
302 dəfə oxunub
3
“Roşka”ya hökm oxundu - 16 ay həbsdə qalacaq
266 dəfə oxunub
4
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
196 dəfə oxunub
5
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
196 dəfə oxunub