USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

111 oyun sonra uduzdular

20:11 01.04.2017
111 oyun sonra uduzdular
20:11 01.04.2017

ABŞ-ın Qadınlar Basketbol Liqasında çıxış edən Konnektikut Universitetinin inanılmaz seriyası qırılıb. Fanat.Az xəbər verir ki, 111 oyundan sonra uduzub.

Konnektikut Universitetinin 111 oyunluq seriyasını "Mississippi State Bulldogs" qırıb. Onlar həmin qarşılaşmada 64:66 hesabı ilə yeniliblər.

Qarşılaşmanın əlavə vaxtında hesab bərabər olsa da, "Mississippi State Bulldogs"un heyətində yer alan oyunun ən qısa boylu (1,65 m) basketbolçusu Morqan Uilyam iki xallıq basketlə komandasına qələbə qazandırıb.

Beləliklə, ötən mövsüm bu komandaya 60 xallıq fərqlə yenilən "Mississippi State Bulldogs" bu dəfə həm son 4 mövsümün çempionuna qalib gəlib, həm də onların möhətəşəm seriyasına son qoyub.

Qeyd edəa ki, Konnektikut Universiteti sonuncu dəfə 17 noyabr 2014-cü ildə yenilmişdi.

Fanat.Az

 

 


Xəbər lenti