Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldu komandasının azarkeşlərini təhqir edib.
Mynews.az apasport.az-a istinadən xəbər verir ki, bu, La Liqanın XX turu çərçivəsində "Real Sosyedad"la oyunun gedişində baş verib.
Belə ki, "Kral klubu"nun 3:0 hesabı ilə qalib gəldiyi matçda epizodların birində Ronaldu top itirib və bu zaman fanatlar onu fitə basıb. Görüşdə "Real"ın qollarından birinə imza atmış Kriştianu onların bu hərəkətini cavabsız qoymayıb. Əsəblərini cilovlaya bilməyən 32 yaşlı futbolçu azarkeşləri "küçüklər" adlandırıb.
Qeyd edək ki, Portuqaliya yığmasının üzvü La Liqanın cari mövsümündə 13 qola imza atıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub