Formula-1 Azərbaycan Qran-prisinə artıq 47 ölkədən bilet alınıb.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai AzərTAC-a müsahibəsində deyib.
N.Arpadarai bildirib ki, bilet alan ölkələrin sırasında Rusiya, Böyük Britaniya, Ukrayna və ərəb ölkələrindən olan idmansevərlər üstünlük təşkil edirlər. Bu il ilk dəfə Nepal, Dominikan Respublikası və s. ölkələrdən də biletlər alınıb. Bu da Formula-1-in kifayət qədər sevilən idman yarışı olmasının göstəricisidir.
“Azərbaycan vətəndaşları da bilet alışında fəaldırlar. Keçən il onlar biletləri daha çox satış nöqtələrindən alırdılarsa, bu il onlayn qaydada almağa üstünlük verirlər”, - deyə N.Arpadarai qeyd edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub