Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, mərhələnin cavab matçları çərçivəsində keçirilən iki qarşılaşmadan biri Bakıda, biri əyalətdə baş tutub.
İlk finalçı Qəbələdə müəyyənləşib. Eyniadlı komanda öz meydanında “İnter”i məğlub edib. İlk görüşdə 3:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri bu dəfə 2 cavabsız qola sevinərək klub tarixində 2-ci dəfə finala çıxıb. Zaur Svanadzenin komandası isə möcüzəni reallaşdıra bilməyib.
Günün ikinci görüşündə Azərbaycan derbisi gerçəkləşib. 1992-ci ildən ölkə miqyaslı yarışların iştirakçısı olan “Qarabağ”la “Neftçi” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəlib.
Səfərdə 2 cavabsız qolla qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə qolsuz bərabərliyə razılaşaraq ardıcıl 3-cü dəfə finala çıxıb. Son 5 finalın iştirakçısı olan “Neftçi” isə seriyanı davam etdirə bilməyib.
Qeyd edək ki, final oyunu mayın 5-də keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
5 aprel (çərşənbə)
“Qarabağ” – “Neftçi” - 0:0
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 2:0
“Qəbələ” – “İnter” - 2:0
Qollar: Daniel Subotiç, 12; Baqali Dabo, 33
Qəbələ şəhər stadionu
İlk oyun – 3:1
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub