"Qarabağ"ın hücumçusu Dino Ndlovu Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi" ilə oyundan sonra (1:1) fikirlərini bölüşüb.
Mynews.az-ın goal.az-a istinadən xəbər verir ki, görüşdə komandasının bərabərlik qolunu vuran forvard bunları deyib:
""Neftçi"ylə oyunda iki xal itirdik. Çünki öz meydanımızda oynayırdıq. "Neftçi" - "Qarabağ" matçı Azərbaycan üçün derbi sayılır və əhəmiyyətli bir oyundur. Fikrimcə, "Neftçi" hər zaman yaxşı komanda olub. Rəqib heyətinə yeni futbolçular cəlb edib. Oyuna çox yaxşı motivasiya ilə çıxmışdılar. Artıq növbəti oyunları düşünməliyik.
"Qarabağ" böyük komandadır və bura həmişə yeni futbolçular gəlir. Komandaya cəlb edilən futbolçularda yaxşı keyfiyyətlər axtarılır. Yəqin ki, məndə də bu keyfiyyətləri görüblər və transfer ediblər. Mən də etimadları doğrultmağa çalışıram".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub