Bolqarıstanda keçirilən Dan Kolov və Nikola Petrovun xatirə turnirinin ilk yarış günündə 59, 71, 80, 96 kq-da yunan-Roma, 57, 65, 74, 97 kq-da sərbəst, 48, 55, 60, 69 kq çəkidə qadın güləşçilər yarışıb.
Mynews.az Qafqazinfo.az istinadən xəbər verir ki, Yunan-Roma güləşi üzrə 71 kq-da mübarizə aparan Rəsul Çunayev yarımfinalda macarıstanlı son Dünya çempionu Balint Korpasini məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Qırğızıstan təmsilçisi olacaq.
Taleh Məmmədov (59 kq) bürünc medal uğrunda görüşə çıxacaq.
Qadın güləşi yarışlarında mübarizə aparan Elis Manolova (69 kq) da bürünc medal görüşünə çıxacaq.
Sərbəst güləşçilərimizdən 57 kq-da mübarizə aparan Mahir Əmiraslanov yarımfinalda Rumıniyalı rəqibinə uduzub. Axşam proqramında güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.
65 kq-da yarışan Məhəmməd Müslümov da bürünc medal üçün mübarizə aparacaq.
Final görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub