Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutmalı olsa da, onlardan biri keçirilib.
Belə ki, matçlardan birində Dortmund “Borussiya”sı “Monako”nu qəbul etməli idi. Ancaq almanları oyuna aparan avtobusun yaxınlığında bomba partlaması səbəbindən matç sabaha təxirə salınıb.
Qeyd edək ki, həmin hadisə zamanı "Borussiya"nın futbolçusu Bartra da yaralanıb.
Günün yeganə mübarizəsi Turində olub. Turnirin favoritləri arasında göstərilən “Yuventus”la “Barselona” üz-üzə gəliblər. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb.
Əvvəlcə Dibala 7-ci dəqiqədə hesabı açıb. Qonaqlar özünə gəlməyə macaq tapmamış Dibala fərqi artırıb. Argentinalı futbolçu dublunu ilk qoldan 15 dəqiqə sonra rəsmiləşdirib.
İkinci hissənin əvvəlində isə Kyellini başla dəqiq oynayb - 3:0.
Oyunda başqa qol olmayıb və "Yuventus" doğma meydanda qazandığı böyükhesablı qələbə ilə yarımfinal yolunda inamlı addım atıb.
Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
11 aprel
“Yuventus” (İtaliya) – “Barselona” (İspaniya) - 3:0
Qollar: Dibala, 7, 22, Kyellini, 55
Baş hakim: Şimon Marçinyak (Polşa)
Turin, “Yuventus” stadionu
22:45. “Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa) (təxirə salınıb).
Baş hakim: Daniele Orsato (İtaliya)
Dortmund, “Siqnal İduna Park”
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub