15 yaşlı qıza təcavüz etməkdə təqsirləndirilən və 6 il müddətinə həbs cəzası alan ingilis futbolçu Adam Consonun dəhşətli videogörüntüləri mətbuata sızıb.
Mynews.az CNNTürk-ə istinadla bildirir ki, "Sanderlend"in və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Adam Conson yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olduğunu qəbul etdikdən sonra 6 illik həbs cəzası almışdı.
Bu hadisədən sonra klubu ilə əlaqələri kəsilən oyunçu dünən "The Sun"da yayılan görüntüləri ilə gündəmə gəlib.
Qalmaqal yaradan videoda Consonun "kaş ki, o qızı zorlayaydım" deməsi əks olunub. Conson videoda söyüşlərdən istifadə etdiyi danışığı zamanı "6 il həbs olunacağımı bilsəydim, o qızı zorlayardım", - deyir.
Qeyd edək ki, onun daha rahat bir həbsxanaya göndərilməsi nəzərdə tutulurdu. Lakin, bu sözlərindən sonra, çətin ki.
2010-2012-ci illərdə "Mançester Siti"də çıxış edən Adam Conson "Sanderlend"ə transfer olduqdan sonra 20 matça çıxmışdı.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub