Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı başa çatıb. Fanat.Az xəbər verir ki, son oyun günündə komanda yarışlarında mükafatçılar müəyyənləşib.
Millimiz 1/8 finalda Monteneqronu yenib (5:0), 1/4 finalda Fransaya uduzub (2:3). Təsəlliverici görüşlərdə yığmamızın ilk rəqibi Hollandiya millisi olub. Yığmamız bu dəfə də rahat qələbəyə sevinib - 4:1.
"Bürünc" yolundakı son rəqib isə Ukrayna yığması olub. İlk üç çəkidə idmançılarımız qələbə qazanıb. Bundan sonra yığma rəhbərliyi artıq bürünc medalların təmin olunduğunu düşünüb. Çünki son 2 cüdoçumuz udusaydı belə hesab 3:2 olacaqdı ki, bu da "bürünc" üçün yetərli idi. Amma bu zaman onlar qaydaların dəyişməsindən xəbərsiz olub. Bklə ki, 4-cü döyüşçümüz Məmmədəli Mehdiyev tatami üzərinə çıxsa da, daha sonra döyüşdən (rəqibə hücum etməkdən) imtina etdiyi üçün "Hansoku Make" ilə diskvafilikasiya olunub. Nəticədə bütün komandamız diskvalifikasiya edilib və rəqib Ukrayna millisinə 5:0 hesablı texniki qələbə verilib. Nəticədə milli komandamız bürünc medallardan da məhrum olub.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub