Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq.
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu “Bakı 2017”-nin korporativ direktoru Elçin Səfərov bildirib.
Onun sözlərinə görə, biletlərin satışına Novruz bayramından etibarən başlanılacaq:
“Buraya “İslamiada-2017”-nin açılış və bağlanış mərasimləri üçün biletlər də daxildir. Qiymətlər isə 2 manatdan başlayacaq. Ən bahalı biletin qiyməti 5 manat olacaq. Azərbaycanda baş vermiş devalvasiyaya baxmayaraq, həm biletlərin qiymətləri artırılmayıb, həm də endirim nəzərdə tutulmayıb. Bu addımı “İslamiada-2017”-ni daha çox azarkeşin izləməsi üçün atmışıq.
İslamiadanın açılış mərasimi üçün biletin qiyməti 20 manatdan, bağlanış mərasimi üçün 10 manatdan başlanır.
Biletləri onlayn şəkildə almaq da mümkündür. Bundan başqa, bilet satışını tərəfdaşlıq etdiyimiz supermarketlərdə də təşkil edəcəyik”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub