Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Mynews.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Səbail” – “Şəmkir” matçında “Səbail”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Energetik” – “Bakılı” matçında “Energetik”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 61-ci dəqiqəsində “Energetik”in futbolçusu Elçin Qasımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 61-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Ravil Məhəmmədov rəqibi təhqir etdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 160 manat cərimə olunub. Oyunun 61-ci dəqiqəsində oyun əsassız olaraq hakim tərəfindən dayandırılıb və 15 dəqiqə fasilədən sonra yenidən bərpa olunub. Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi oyunun hakimi və hakim inspektoru haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsınlar.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub