AFFA İntizam Komitəsi I Divizionda XXV turun “Energetik” – “Bakılı” matçında baş vermiş qalmaqalla bağlı qərarlarını açıqlayıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, insident görüşün 61-ci dəqiqəsində iki komandanın oyunçuları arasında baş verib.
Nəticədə “Energetik”dən Elçin Qasımov ikinci sarı, “Bakılı”dan Ravil Məhəmmədov rəqibi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Baş hakim Qorxmaz Eldarov isə oyunu dayandırıb. Görüş 15 dəqiqə sonra bərpa edilib.
İntizam Komitəsi Məmmədovu 3 oyunluq cəzaya, klubunu 160 manat cəriməyə, Elçin Qasımovu 1 oyunluq cəzaya, klubunu 20 manat cəriməyə məruz qoyub. Eldarovun isə görüşü əsassız olaraq dayandırdığı qənaətinə gəlinib.
Bu səbəbdən Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi oyunun hakimi və hakim inspektoru Qabil Nərimanov haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırmalıdır.
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub