"Qalatasaray" Sneyderlə yollarını ayırmağa hazırlaşır.
Mynews.az goal.az-a istinadən xəbər verir ki, Tüdorun Sneyder mözusunda haqlı olduğu ortaya çıxıb. 32 yaşlı futbolçunun "Fənərbağça" ilə oyundakı performansı və çəkisinin yerində olmaması rəhbərliyin bu qərara gəlməsinə səbəb olub.
"Sneyder əlindən gələni edir. Ancaq fiziki forması yetərli deyil. Məşqin ağırlığını qaldıra bilmir, yeni mövsümü onun üzərindən qurmaq risqdir".
Xatırladaq ki, illik gəliri 5 milyon olan Sneyderin "Fənərbağça"dan öncəki 2 qarşılaşmada əsas heyətdə olmaması narazılıqla qarşılanmışdı. Tüdor derbi oyununda Sneyderi ilk "11-lik"də meydana buraxsa da, holland futbolçu ümidləri doğrultmadı.
Klubun Tüdorla davam etsə də, etməsə də Sneyderlə yolları ayırmaqda qərarlı olduğu bildirilir.Tüdorda Sneyder mövzusunda haqlı çıxdığı üçün təəssüflənib: "Təəssüf ki, Sneyderlə bağlı haqlı olduğum ortaya çıxdı. Bu dəfə yaxşı hazırlaşdı, mübarizə apardı. Ancaq əvvəlki formasından çox uzaqdır".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub