Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2017”nin qaliblərinin adları açıqlanıb.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, birinci yerin sahibi kişilər arasında 30 yaşlı Türkiyə vətəndaşı Veysi Aslandır, ikinci yerə Türkiyə vətəndaşı Üzeyir Söyləməz, üçüncü yerə Rusiya vətəndaşı Vladimir Demyanov çıxıblar.
Qadınlar arasında ilk yeri də Türkiyə vətəndaşı Yayla Kiriçtli tutub. İkinci yerdə Ukrayna vətəndaşı Valentina Poltovska, üçüncü yerdəisə İran vətəndaşı Persina Arap qərarlaşıb.
Qeyd edək ki, “Bakı Marafonu-2017” yarışının mükafatlandırma mərasimi iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda qaçış zolağında mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub