Dünya bazarında ən iri smartfon tədarükçülərinin reytinqi açıqlanıb.
Mynews.az “realnoevremya.ru” saytına istinadən verdiyi məlumata görə, bu reytinqdə ilk yeri Cənubi Koreyanın elektronika istehsalçısı “Samsung” şirkəti tutub. “Samsung” şirkəti bu ilin birinci rübündə 79,2 milyon ədəd smartfon tədarük edib.
İkinci yerdə 51,6 milyon ədəd satış göstəricisi ilə “Apple” şirkəti qərarlaşıb. Üçüncü sıranı 34,2 milyon ədəd satışla “Huawei” şirkəti tutub.
Qlobal smartfon bazarında “Samsung”un payı 22,8 faiz, “Apple”in payı 14,9 faiz, “Huawei” şirkətinin payı isə 9,8 faiz təşkil edib.
İDC analitik şirkətinin məlumatına görə, cəmi bu ilin birinci rübündə dünya üzrə 347,4 milyon ədəd smartfon satılıb. Bu isə 2016-cı ildəki göstəricidən 4,3 faiz çoxdur.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub