Bütün dünyada populyar “WhatsApp” messencerinin fəaliyyəti yaranmış nasazlıqdan sonra tam bərpa edilib.
Mynews.az-ın məlumatına görə, Lent.az “vistanews.ru” saytına istinadən xəbər verir ki, xidmətdə yaranmış texniki problemlər iki saat müddətində davam edib və Rusiya, ABŞ, Avropa, Hindistan, Braziliya, Meksika və Cənubi Afrika Respublikasından olan istifadəçilərə toxunub.
“WhatsApp” rəhbərliyi texniki problemin həlli barədə qərar qəbul edib və populyar messencerin istifadəçilərindən üzrxahlıq edib.
Şirkətin hesablamalarına görə, hazırda messencerin gündəlik olaraq təxminən 1 milyard istifadəçisi mövcuddur.
Məlumatda xidmətin müvəqqəti söndürülməsindən söhbət gedib.
Xatırladaq ki, “WhatsApp” messenceri ABŞ-ın “Facebook” şirkətinə məxsusdur.
09:55
“WhatsApp” messencerinin Azərbaycan və dünyanın bir sıra ölkələrindəki istifadəçiləri problemlə üzləşiblər.
Mynews.az Report-a istinadən xəbər verir ki, buna səbəb “WhatsApp”ın fəaliyyətində nasazlığın yaranması olub.
Nəticədə istifadəçilər onun xidmətlərindən yararlana bilməyiblər. Bu, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər sosial şəbəkələrdə messencer fəaliyyətindən yararlana bilməmələrindən şikayət ediblər.
Nasazlıq bir neçə saat sonra aradan qaldırılıb. Lakin onun səbəbləri barəsində (yalnız messencerin rus bölməsi üzrxahlıqla kifayətlənib) hər hansı məlumat verilməyib.
Smartfonlar üçün nəzərdə tutulan “WhatsApp” istifadəçilər üçün fotoşəkillər, mətn, audio və videomesajlar, görüntülərin mübadiləsinə xidmət edir. Messencer 2009-ci ildə yaradılıb, 2014-ci ildə “Facebook” onu 21,8 milyard dollara alıb.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub