“Facebook” istifadəçilərinin sayı 1,94 milyarda çatıb, 1,28 milyarda yaxın adam hər gün bu sosial şəbəkədə ünsiyyət qurur.
Mynews.az Life-a istinadən xəbər verir ki, müvafiq məlumat 2017-ci ilin birinci rübündə şirkətin əldə etdiyi gəlirlərə dair hesabatda dərc edilib.
Məlumata görə, bu rəqəm keçən ilki göstəricilərdən 18 faiz artıqdır.
“2017-ci ildə çox gözəl başlanğıc oldu. Biz güclü dünya icmasını dəstəkləyən alətlərin üzərində işi davam etdiririk”, - bunu “Facebook“” şirkətinin rəhbəri Mark Zukerberq bəyan edib.
Həmçinin hesabatdan bir istifadəçinin 2016-cı ilin birinci rübündə gətirdiyi gəlirin 3,32 dollardan 4,23 dollara qədər artdığı məlum olur.
KİV-in məlumatına görə, bu gün yer kürəsi əhalisinin təxminən 27 faizi “Facebook”dan istifadə edir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub