“iPhone”un yeni modelinin bu ilin sentyabrına planlaşdırılan satışa çıxarılması iki, ya üç ay gecikə bilər.
Mynews.az xəbər verir ki, bu barədə “Apple” şirkətindəki mənbəyinə istinadən “Fortuneсо” jurnalı məlumat yayıb.
“KGI Securities” Beynəlxalq analitik şirkətinin nümayəndəsi Min-Çi Kuo iddia edir ki, yubanmanın səbəbi yeni ayfonlar üçün ekranların istehsalında meydana gələn problemlərdir. Bu səbəbdən model planlaşdırıldığı kimi, 2017-ci ilin sentyabrında deyil, dekabrında təqdim edilə bilər.
Ümumilikdə cari ilin sonuna qədər “Apple” üç yeni smartfonunu: “iPhone 8” (təqdimatı yubanan smartfon), “iPhone 7s” və “iPhone 7s Plus”u təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, “iPhone 8” satışa “iPhone X” və ya “iPhone Edition” kimi çıxarıla bilər. Onun əvvəlki ayfonlardan həm funksionallığı, həm də dizaynı ilə fərqlənəcəyi bildirilir. Yeni smartfonun qiyməti pərakəndə satış üçün 1000 dollardır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub