“Bir neçə gündür ki, "WhatsApp" və "Skype" ilə beynəlxalq danışıqlara məhdudiyyətlər tətbiq edilib”.
Mynews.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, məhdudiyyətlərin tətbiqi ilə bağlı çoxlu müraciətlər alıb: "Apardığımız araşdırmalar və monitorinqlərin nəticəsi onu deməyə əsas verir ki, məhdudiyyətlər tənzimləyici qurum olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin göstərişi ilə mobil operatorlar və backbone provayderlər tərəfindən həyata keçirilib. Bizdə artıq çox doğru olaraq praktika formalaşıb ki, tənzimləyici qurumun rəsmi göstərişi olmadan provayderlər hər hansı bloklama aparmır.
Düşünürəm ki, bu addım ölkədə beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar olaraq təhlükəsizlik məqsədləri və güman ki, həm də internet trafikin həddindən artıq yüklənməsinin qarşısını almaq məqsədilə həyata keçirilib. Əlbəttə, bu prosesdə maraqlı tərəflər də var, sirr deyil ki internet üzərindən aparılan danışıqlar mobil operatorların büdcəsinə xeyli ziyan vurur. Atılan addım bilavasitə vətəndaşların informasiya münasibətlərinin məhdudlaşdırılmasıdır. Bu isə qanunvericiliklə həll olunmalıdır. Eyni zamanda, texnologiyaların, alternativlərin hədsiz çox olduğu indiki zamanda ayrı - ayrı resurslara qarşı bu tip addımların da nə dərəcədə effektiv olacağı da sual altındadır".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub